Yuxarı
    Bağlamaq

    Əli Əhmədov: “Ermənilər hətta yırtıcıya xas olmayan vəhşi xüsusiyyətlərə malikdirlər”

    Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib

    Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında Xocalı soyqırımının 25-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

    “Report”un xəbərinə görə, tədbirdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini- icra katibi Əli Əhmədov, Milli Məclisin sədr müavini Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar və rəsmi şəxslər iştirak edib.

    YAP-ın sədr müavini-icra katibi Ə.Əhmədov bildirib ki, dünya hələ də Xocalı faciəsinə, ermənilərin törətdiyi qətliama lazımi qiyməti verməyib: “Bəşəriyyət bundan iyrənc davranış görməyib. Xocalı göstərdi ki, həyat tərzi qan içməkdən ibarət olan ermənilər uşaq qatili də ola bilər. Ermənilər hətta yırtıcıya xas olmayan vəhşi xüsusiyyətlərə malikdirlər”.

    Azərbaycanın heç vaxt xalqın qanının yerdə qalmasına razı olmayacağını deyən Ə.Əhmədov qeyd edib ki, ermənilər haqq-ədalət, hüquq qarşısında mütləq cavab verməlidir: “Bu, bizim əsas işimiz olmalıdır. "Xocalıya ədalət" Xocalıya qayıdış kampaniyasına çevriləcək. İnanıram ki, müvəqqəti itirilən torpaqlara böyük qayıdış baş verəcək. Xocalı göz yaşları ilə anılmamalı, zəiflik əlaməti kimi ortaya çıxarılmamalıdır. Biz torpaqlarımızı, tariximizi daha qətiyyətlə qorumalı, qara qüvvələrin qəsd etməsinə imkan verməməliyik”. 

    Milli Məclisin sədr müavini Bahar Muradova isə vurğulayıb ki, faciədən 25 il keçməsinə baxmayaraq hələ də bu hadisə unudulmayıb: “Bugünkü tədbirdə kədər hissi hakimdir. Bu kədər xalqımızın məsuliyyət hissindən doğur. Əlbəttə, biz xalqın həyatına cavabdehlik üçün mandat almışıqsa onların problemlərinin həllini vəzifələrimizin önündə görməliyik. Artıq ayrı-ayrı ölkələr, ABŞ-ın 23 ştatı Xocalını soyqırım kimi tanıyıb. Yeni Azərbaycan Partiyası Xocalının tanıdılması istiqamətində öz səylərini göstərir”.

    Ötən gün Milli Məclisdə Xocalı soyqrımının 25 illiyi ilə bağlı qərar layihəsinin qəbul edildiyini deyən B.Muradova deyib ki, dünya bu təhlükələrə qarşı gücünü birləşdirməyi bacarmadı və bu gün də bacarmır: “Azərbaycan bu günə qədər apardığı siyasətini davam etdirərək öz torpaqlarını işğaldan azad edəcək. Biz bu siyasəti dəstəkləməliyik”.

    Tədbir digər çıxışlarla davam edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi