Eldar Səmədov: "İtkin düşmüş şəxslərin yaxın qohumlarının DNT nümunələri DTX-nin hospitalında saxlanılır"

Eldar Səmədov: "İtkin düşmüş şəxslərin yaxın qohumlarının DNT nümunələri DTX-nin hospitalında saxlanılır" Bakı. 24 aprel. REPORT.AZ/ Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir mövzusunda tədbir keçirilib.
Qarabağ
24 Aprel , 2018 12:07
Eldar Səmədov: İtkin düşmüş şəxslərin yaxın qohumlarının DNT nümunələri DTX-nin hospitalında saxlanılır
Report/ Firi Salim

Bakı. 24 aprel. REPORT.AZ/ "Regional inkişafa və əməkdaşlığa əsas təhlükə Ermənistanın təcavüzkar və dövlət terrorçuluğu siyasətidir" mövzusunda tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə iştirak edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov bildirib ki, hazırda 3875 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdadır: "Dövlət Komissiyasının Beynəlxalq Qızıl Xaç Komitəsi ilə səmərəli əməkdaşlığına, eyni zamanda 2008-ci ildə imzalanmış ”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə çərçivə sazişinə uyğun olaraq, itkin düşmüş şəxslərin hamısının yaxın qohumlarından DNT nümunələri toplanaraq Dövlət Təhlükəsizliyi Xidmətinin hospitalında saxlanılır".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun əməkdaşı Qasım Hacıyev isə Qafqaz regionunda heç vaxt erməni dövlətinin olmadığını qeyd edib: "Ermənistan dövləti süni şəkildə yaradılıb. Ermənistan terrorizm yuvasıdır".

Son xəbərlər

Orphus sistemi