Eldar Səmədov: "Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır"

Eldar Səmədov: "Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır" Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini: "Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs edilib"
Qarabağ
28 Noyabr , 2017 13:02
Eldar Səmədov: Azərbaycanda saxlanılan erməni diversantlardan biri hərbi əsir sayılmır
Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov / Report/ Elshan Baba

Bakı. 28 noyabr. REPORT.AZ/ "Azərbaycanda saxlanılan 2 erməni diversantdan biri Arsen Baqdasaryanla bağlı məhkəmənin qərarı var. Həmin şəxs təmas xəttində törətdiyi cinayət əməlinə görə həbs olunub. O, hərbi əsir sayılmır, çünki, o şəxs məhkəmənin qərarı ilə həbs olunub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, digər şəxs-Zaver Karapetyanla bağlı beynəlxalq təşkilatlarla müəyyən işlər görülür: "Hələlik həmin şəxs Azərbaycanda saxlanılır. Onun saxlanma şəraiti bütün beynəlxalq normalara və standartlara uyğundur. Beynəlxalq təşkilatlar istənilən vaxt ona baş çəkir. Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir". 

Son xəbərlər

Orphus sistemi