Ekspert: "Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir"

Ekspert: "Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir" "Dağlıq Qarabağ münaqişəsi beynəlxalq təhlükəsizlik üçün təhdiddir"
Qarabağ
3 Oktyabr , 2018 10:21
Ekspert: Beynəlxalq ictimaiyyət Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir

Bakı. 3 oktyabr. REPORT.AZ/ "Beynəlxalq ictimaiyyət Ermənistanı sülhə məcbur etmək üçün onlara təzyiq göstərməlidir, o cümlədən Ermənistana qarşı sanksiyalar tətbiq etməlidir".

Bunu "Report"a Bohum Universitetinin beynəlxalq hüquq üzrə professoru, ekspert Hans-Yoahim Hayntse deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, bu ərazilər Azərbaycana məxsusdur və ölkənin onları geri qaytarmaq hüququ var.

Ekspertin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk qrupu çox güclü təsir vasitələrinə malik olsa da, problemin həlli üçün kifayət qədər iradə və istək göstərmir.

Təəssüf ki, hələ də bu problemlə üzləşirik. Belə davam edə bilməz, çünki bu münaqişə beynəlxalq təhlükəsizliyə təhdiddir. Ümid edirəm ki, Minsk qrupu münaqişənin həllində daha əhəmiyyətli rol oynayacaq.

Hans-Yoahim Hayntse

Bohum Universitetinin beynəlxalq hüquq üzrə professoru, ekspert Hans-Yoahim Hayntse

Son xəbərlər

Orphus sistemi