Əhməd Davudoğlu: "Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi status-kvonun qəbuledilməz olduğunu göstərdi"

Əhməd Davudoğlu: "Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi status-kvonun qəbuledilməz olduğunu göstərdi" "Beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun Ermənistana təzyiq göstərməsi vacibdir"
Qarabağ
19 Aprel , 2016 13:54
Əhməd Davudoğlu: Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi status-kvonun qəbuledilməz olduğunu göstərdi

Bakı. 19 aprel. REPORT.AZ/ "Türkiyə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır".

"Report" xəbər verir ki, bunu Strasburqda AŞPA-nın sessiyasında çıxış edən Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.

"Təmas xəttində növbəti dəfə vəziyyətin gərginləşməsi status-kvonun qəbuledilməz olduğunu göstərdi. Beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupunun Ermənistana onların bir daha belə aqressiv hərəkətlərə yol verməsinin qarşısını almaq məqsədilə təzyiq göstərməsi vacibdir", - deyə Türkiyə baş naziri bildirib.

O vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. 

Son xəbərlər

Orphus sistemi