Yuxarı

​Əhməd Davudoğlu: "Olland və Putinin Yerevana getməsi Minsk Qrupunun obyektivliyinə kölgə salacaq"

Minsk Qrupundan Azərbaycanın Qarabağ məsələsinə obyektiv münasibət gözləyirik

Bakı. 24 aprel. REPORT.AZ/ "Fransa prezidenti Fransua Olland və Rusiyanın dövlət başçısı Vladimir Putinin Yeravana getməsi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun obyektivliyinə kölgə salacaq". "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Tükiyə Böyük Millət Məclisinin açılmasının 95-ci ildönümü ilə bağlı təşkil edilən tədbirdə bildirib.

O qeyd edib ki, Dağlıq Qarabağ məsələsində Azərbaycanla Ermənistan arasında vasitəçilik edən Minsk Qrupundan baş verənləri öz xeyrinə istifadə edən ermənilərin tutduğu mövqeyə qarşı obyektiv münasibət gözləyir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi