“Cəbhə xəbərləri mövzusuna tam peşəkar şəkildə yanaşılması mütləqdir”
Bakı. 25 iyul. REPORT.AZ/ “Dünəndən etibarən Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində intensiv döyüşlərin getdiyinə dair xəbərlər yayılmaqdadır. Cəmiyyətin cəbhədə vaş verənlərə marağının böyük olması təbiidir. Medianın da buna adekvat fəaliyyət göstərmək istəyi qəbul ediləndir. Ancaq cəmiyyətin cəbhə xəbərlərinə həssaslığını nəzərə alsaq, mövzuya tam peşəkar şəkildə yanaşılması mütləqdir”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Mətbuat Şurasının(MŞ) sədri
O xatırladıb ki, MŞ ötən ilin avqustunda atəşkəs rejiminin kütləvi pozulaması müşahidə edildikdə də məsələ barədə mövqeyini açıqlayıb: “Qurum belə qənaətdədir ki, cəbhədə baş verənlərin ictimaiyyətə çatdırılmasında medianın operativliyi nə qədər vacibdirsə, onun dəqiqliyi və obyektivliyi bir o qədər zəruridir. Həssas fəaliyyət jurnalistin təkcə peşə etikasına riayət etməsi deyil, eyni zamanda onun Azərbaycan Respublikasının qanunvericiliyi ilə ziddiyyət təşkil edə bilməsi mümkün olan məqamlardan uzaq durmasıdır. Hər iki halda o, cəmiyyətin mənafe və maraqlarının keşiyində dayanır və səngərdəki əsgərdən heç də az iş görmür. Azərbaycan mediasının özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurasının sədri kimi cəbhədən xəbərlər yayan jurnalistləri, həmçinin ayrı-ayrı kütləvi informasiya vasitələrini, o cümlədən xəbər saytlarını bir daha həssas olmağa çağırıram. Düşünürəm ki, onların həssas münasibəti ilk növbədə peşəkarlıqlarını ortaya qoyacaq. Hazırkı durumda belə fəaliyyətin yolu faktları müvafiq dövlət qurumu - Azərbaycan Respublikasının