Yuxarı
    Bağlamaq

    Əbülfəs Qarayev: “O ölkə ki, BMT-nin qəbul etdiyi qətnamələrini qəbul etmir, deməli, dialoqa hazır deyil”

    “Dünya münaqişələrində mədəniyyətlərarası dialoq vacib rol oynaya bilər”

    Bakı. 4 may. REPORT.AZ/ “Bizim Dağlıq Qarabağ problemimiz hər kəsə bəllidir. Bunun həll edilməsinin marağındayıq. Biz foruma beynəlxalq təşkilatlar vasitəsilə qonşularımızı da dəvət etmişdik. Amma təəssüflər olsun ki, onlar buna hazır deyillər”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycanın Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən “Mədəniyyətlarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat konfransında deyib.

    O bildirib ki, dünya münaqişələrində mədəniyyətlərarası dialoq vacib rol oynaya bilər: “Mədəniyyətlərarası dialoq “sülh”, “inkişaf” adlanır. O ölkə ki, BMT-nin qəbul etdiyi qətnamələrini qəbul etmir, deməli, dialoqa hazır deyil”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi