Əbülfəs Qarayev: "İşğal yalnız bir ölkə üçün deyil, bütün dünya üçün çətinlik, qeyri-sabitlik yaradır"

Əbülfəs Qarayev: "İşğal yalnız bir ölkə üçün deyil, bütün dünya üçün çətinlik, qeyri-sabitlik yaradır" Nazir turistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb
Qarabağ
5 May , 2017 18:32
Əbülfəs Qarayev: İşğal yalnız bir ölkə üçün deyil, bütün dünya üçün çətinlik, qeyri-sabitlik yaradır

Bakı. 5 may. REPORT.AZ/ "İşğal yalnız bir ölkə üçün deyil, bütün dünya üçün çətinlik, qeyri-sabitlik yaradır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan "Mədəniyyətlərarası dialoqun inkişafı: insanların, dünyanın təhlükəsizliyi və davamlı inkişaf üçün yeni imkanlar" mövzusundakı plenar sessiyada deyib.

Nazir bildirib ki, adətən turistlər ziyarət edəcəyi ölkəni seçərkən özlərini təhlükəsiz hiss etmədikləri yerləri seçmirlər: "Bizim 20% torpaqlarımız işğal altındadır, orada zəngin tarixi və mədəni abidələr yerləşir. Təəssüflər olsun ki, biz həmin məkanları turistlətə göstərə bilmirik."

O, turistləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi