Azərbaycan Müdafiə Nazirliyi: "Düşmənin təxribatları davam edərsə daha sərt və genişmiqyaslı tədbirlər görüləcək"

Azərbaycan Müdafiə Nazirliyi: "Düşmənin təxribatları davam edərsə daha sərt və genişmiqyaslı tədbirlər görüləcək" Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir itki yoxdur
Qarabağ
24 Mart , 2015 14:39
Azərbaycan Müdafiə Nazirliyi: Düşmənin təxribatları davam edərsə daha sərt və genişmiqyaslı tədbirlər görüləcək

Bakı. 24 mart. REPORT.AZ/ Son vaxtlar cəbhədə uğursuzluğa düçar olan və çoxsaylı itkilərə məruz qalan Ermənistan silahlı qüvvələri son sutka ərzində qoşunların təmas xəttində vəziyyəti daha da gərginləşdirmək məqsədilə 60 və 82 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini pozublar. "Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, Azərbaycan tərəfi cavab tədbirləri məqsədilə düşmən səngərlərindəki hədəflərə və atəş nöqtələrinə daha üstün və iri çaplı silahlardan zərbələr endirib.

Müdafiə Nazirliyi bildirir ki, düşmənin təxribatları davam edərsə görüləcək adekvat tədbirlər daha sərt və genişmiqyaslı, onun verəcəyi itkilər isə erməni xalqının növbəti faciəsinə çevriləcəkdir. Qeyd edilir ki, Silahlı Qüvvələrimizin bölmələri tərəfindən heç bir itki yoxdur, bütün cəbhə boyu əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi