Dünən meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı açıqlanıb

Dünən meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı açıqlanıb Onlar aprelin 2-də gedən döyüşlərdə həlak olub
Qarabağ
9 Aprel , 2016 09:24
Dünən meyiti götürülən hərbi qulluqçulardan ikisinin adı açıqlanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Aprelin 8-də ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə döyüş meydanında qalmış Azərbaycan və Ermənistan hərbi qulluqçularının meyitləri götürülüb.

"Report"un xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə Azərbaycanın şəhidlərindən ikisinin adını açıqlayıb.

Onlar gizir Teymur Qasımov və müddətdən artıq qulluq edən hərbi qulluqçu Adil Adilzadədir.

Hər iki hərbi qulluqçular aprelin 2-də gedən döyüşlərdə şəhid olub. "Ermənistan-Azərbaycan cəhhə xəttində Teymur Qasımovun cəsədi Azərbaycan tərəfə təhvil verilib, Adil Adilzadənin məsələsi isə hazırda həll edilir", - deputat bildirib.

T.Qasımov bu gün Mingəçevirdəki Şəhidlər Xiyabanında dəfn ediləcək.

Son xəbərlər

Orphus sistemi