​Dumanın komitə sədri: "Azərbaycandan fərqli olaraq, Ermənistan silahları tamam başqa əsaslar və kreditlərlə alır"

​Dumanın komitə sədri: "Azərbaycandan fərqli olaraq, Ermənistan silahları tamam başqa əsaslar və kreditlərlə alır" Leonid Slutski: "Qarabağ münaqişəsində Rusiya əsas sülhməramlılardan olub və olaraq qalmaqdadır"
Qarabağ
29 Mart , 2015 10:14
​Dumanın komitə sədri: Azərbaycandan fərqli olaraq, Ermənistan silahları tamam başqa əsaslar və kreditlərlə alır

Bakı. 29 mart. REPORT.AZ/ "Biz vəziyyətin qırmızı xətti keçməsinə, qurbanların sayının artmasına, yaxud hərbi fəallığın aktivləşməsinə imkan verməməliyik".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə komitənin sədri Leonid Slutski İrəvanda keçirdiyi mətbuat konfransında deyib.

"Gəlin, bütün danışıqları prezidentlərə həvalə edək", - o vurğulayıb. Komitə sədri Qarabağ münaqişəsinin uğurlu həllinə inandığını da söyləyib.

Rusiyanın Azərbaycana silah satmasından danışan Slutski deyib: "Azərbaycana tədarük edilən sistemlə daha köhnə olsa da Ermənistana da silah satılıb. Ancaq indi natarazlıq aradan qaldırılıb. Azərbaycan müdafiə-sənaye kompleksi sahəsinin silahlarının kommersiya dəyərini müqaviləyə uyğun ödəyir. Azərbaycandan fərqli olaraq, Ermənistan silahları tamam başqa əsaslar və kreditlərlə alır".

O, Azərbaycan və Ermənistanın Rusiyanın müttəfiqi olduğunu da qeyd edib. Komitə sədrinin sözlərinə görə, ölkəsinə bu dövlətlərdən istənilən biri ilə tərəfkeşliyi dayandırmaq lazım deyil: "Münaqişə "Madrid prinsipləri" əsasında həll edilməlidir. Qarabağ münaqişəsində Rusiya əsas sülhməramlılardan olub və olaraq qalmaqdadır".

Komitə sədri Rusiya prezidenti Vladımir Putinin Ermənistana səfər edəcəyini və erməni həmkarı Serj Sarqsyanla görüşdə "ermənilərin soyqırımı" ilə bağlı məsələyə toxunacağını da vurğulayıb.

Son xəbərlər

Orphus sistemi