Dubayda keçirilən sərgidə erməni təxribatının qarşısı alınıb

Dubayda keçirilən sərgidə erməni təxribatının qarşısı alınıb XİN: Məsələ nəzarətdə saxlanılır
Qarabağ
24 Aprel , 2017 17:13
Dubayda keçirilən sərgidə erməni təxribatının qarşısı alınıb

Bakı. 24 aprel. REPORT.AZ/ Dubayda aprelin 24-27-də keçirilən və dünyada ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd göstərib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən Ermənistanın bu fakt müəyyən olunub və dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilərək bu təxribatın qarşısı alınıb. Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.

Azərbaycanın BƏƏ-dəki səfirliyi və Dubaydakı Baş konsulluğu tərəfindən məsələ nəzarətdə saxlanılır.

Sözügedən sərgidə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan böyük stendlə təmsil olunur. Azərbaycan pavilyonunda ölkəmizin çoxsaylı turizm şirkəti iştirak edir.

Son xəbərlər

Orphus sistemi