Yuxarı

Dövlət müşaviri: "Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar və Dağlıq Qarabağ münaqişəsini ortaya atan erməniləri söyürlər"

Kamal Abdullayev: Biz onlara Azərbaycan vətəndaşı kimi baxmalıyıq

Bakı. 29 yanvar. REPORT.AZ/ "Ermənilər var ki, Azərbaycanı vətənləri sayırlar və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini ortaya atan ermənilərə söyürlər".

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının millətlərarası, məsələlər üzrə dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev Nardaran ziyalıları və məktəbliləri ilə keçirdiyi görüşdə bildirib.

K.Abdullayev deyib ki, gələcəkdə bu münaqişə ədalətli şəkildə həll olunduqdan, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra Dağlıq Qarabağda ermənilər də yaşayacaqlar: “Onlar Azərbaycan vətəndaşı və oranın sakinləri olacaqlar. Biz onlara Azərbaycan vətəndaşı kimi baxmalıyıq. Bizdə "ermənidir, öldür" anlayışı ola bilməz”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi