Dövlət Komitəsinin sədri: “Xocalıda baş verənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiklərinin ən dəhşətlisidir”

Dövlət Komitəsinin sədri: “Xocalıda baş verənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiklərinin ən dəhşətlisidir” Mübariz Qurbanlı: “Ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı torpaqları işğaldan azad edəcək”
Qarabağ
21 Fevral , 2017 12:08
Dövlət Komitəsinin sədri: “Xocalıda baş verənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiklərinin ən dəhşətlisidir”

Bakı. 21 fevral. REPORT.AZ/ “Xocalıda baş verənlər ermənilərin Azərbaycan xalqına qarşı törətdiklərinin ən dəhşətlisidir. Ermənilər azərbaycanlılara qarşı bir neçə soyqırım törədib”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.
O vurğulayıb ki, bu cinayəti törədənlər cavab verəcəklər. M.Qurbanlı qeyd edib ki, “Ermənistan” adlanan dövlətin rəhbərliyində olanlar Azərbaycan xalqına qarşı cinayətlər törədiblər: “Dünya Xocalı soyqırımını tanıyır. Bu istiqamətdə işlərimiz davam edir. İstər xristian, istərsə də yəhudi və digər konfessiyalar Azərbaycan xalqı ilə həmrəydir. Ermənilərin deməyə sözü yoxdur. Xocalının alınması üçün güclü olmalıyıq. Ermənilərin himayədarları olmasaydı, torpaqlarımızı azad etmişdik. Azərbaycan ordusu çox gücülüdür”.
O deyib ki, azad edilən torpaqlarda məscidlər tikilməlidir, abadlıq işləri aparılmalıdır: “Bu proses davam edir. Bir atalar sözü var: Qisas qiyamətə qalmaz. Ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı torpaqları işğaldan azad edəcək”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov çıxışında deyib ki, Xocalı faciəsi ilə bağlı ciddi sənədlər mövcuddur, beynəlxalq təşkilatlar, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi buna diqqət yetirməlidir”.
O, ermənilərin azərbaycanlılara qarşı törədiklərinə görə, islam ölkələrini birləşməyə səsləyib: “Bəzi islam ölkələri Ermənistanla əməkdaşlıq etməyə çalışır. Əgər İslam dininə sitayiş edirsənsə, necə ermənilərlə əməkdaşlıq edə bilərsən?!”.

Son xəbərlər

Orphus sistemi