Dövlət Komissiyasının katibi: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində beynəlxalq təşkilatlarla iş davam etdirilir”

Dövlət Komissiyasının katibi: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində beynəlxalq təşkilatlarla iş davam etdirilir” “Məsələ Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir”
Qarabağ
16 İyun , 2016 12:37
Dövlət Komissiyasının katibi: “Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində beynəlxalq təşkilatlarla iş davam etdirilir”

Bakı. 16 iyun. REPORT.AZ/ “Kəlbəcərdə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi istiqamətində aidiyyəti beynəlxalq təşkilatlarla iş davam etdirilir”

“Report”un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən “18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi İsmayıl Axundov deyib.

O qeyd edib ki, bu məsələ Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzindədir.

İ.Axundov bildirib ki, hazırda Dövlət Komissiyası tərəflərin əlində saxlanılan şəxslərin dərhal azad edilməsi və gələcəkdə əsir və girov götürülən şəxslərin, eyni zamanda qısa müddət ərzində geri qaytarılması ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən saziş layihəsinin hazırlanaraq hər iki tərəfin müzakirəsinə təqdim edilməsini təklif edib: “Hazırda bununla bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən məsləhətləşmələr aparılır”.

Son xəbərlər

Orphus sistemi