Dövlət Komissiyasının katibi: "Azərbaycanda saxlanılan erməni diversantın dəyişdirilməsi məsələsinə baxıla bilər"

Dövlət Komissiyasının katibi: "Azərbaycanda saxlanılan erməni diversantın dəyişdirilməsi məsələsinə baxıla bilər" Bakı. 15 fevral. REPORT.AZ/ Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət etmişik. Onlarla bağlı bizim tərəfimizdən iş gedir.
Qarabağ
15 Fevral , 2018 13:34
Dövlət Komissiyasının katibi: Azərbaycanda saxlanılan erməni diversantın dəyişdirilməsi məsələsinə baxıla bilər

Bakı. 15 fevral. REPORT.AZ/ "Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılması ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət etmişik. Onlarla bağlı bizim tərəfimizdən iş gedir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.

Onun sözlərinə görə, bütün bu işlər Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın diqqətindədir: "Bu istiqamətdə işlər davam etdirilir".

İ.Axundov qeyd edib ki, D.Əsgərov və Ş.Quliyevlə dəyişdirilməsi kontekstində Azərbaycanda saxlanılan erməni diversantın qaytarılması məsələsinə baxıla bilər.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi