Yuxarı
    Bağlamaq

    Dövlət Komissiyası: İtkin düşmüş əsgərin taleyinə aydınlıq gətirilməsi üçün beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır

    “Araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək”

    Bakı. 29 dekabr. REPORT.AZ/ Dekabrın 29-da Azərbaycan Respublikası dövlət sərhəddini pozmağa cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə itkin düşmüş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlunun sonrakı taleyinə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə araşdırma işləri aparılır.

    Bu barədə “Report”a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

    “Araşdırmanın nəticəsi barədə ictimayyətə əlavə məlumat veriləcək”, - məlumatda əlavə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi