Dövlət Komissiyası: Ermənistana keçdiyi bildirilən qadının ruhi xəstə olduğu müəyyənləşdirilib

Dövlət Komissiyası: Ermənistana keçdiyi bildirilən qadının ruhi xəstə olduğu müəyyənləşdirilib Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür
Qarabağ
9 İyun , 2016 09:22
Dövlət Komissiyası: Ermənistana keçdiyi bildirilən qadının ruhi xəstə olduğu müəyyənləşdirilib

Bakı. 9 iyun. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.

Bu barədə “Report”a Dövlət Komissiyasından məlumat verilib.

Məlum olub ki, həmin qadın Gədəbəy rayonu, Arabaçı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızıdır. Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.

Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür.

Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi