Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunacaqlarına inanırıq

Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunacaqlarına inanırıq Eldar Səmədov: "Onların azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir"
Qarabağ
28 Noyabr , 2017 13:09
Dövlət Komissiyası: Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunacaqlarına inanırıq

Bakı. 28 noyabr. REPORT.AZ/ "Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələ ictimaiyyətə məlumdur. Onların azad olunması üçün beynəlxalq təşkilatlara müraciət olunub və bu iş davam etdirilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O qeyd edib ki, Ermənistanın tutduğu qeyri-konstruktiv və qeyri-humanist mövqe nəticəsində bu günə kimi onların azad olunmasına nail olunmayıb: "Ümid edirəm ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə bu məsələnin öhdəsindən gələ biləcəyik".

Son xəbərlər

Orphus sistemi