Yuxarı

Dövlət Komissiyası Ermənistan hərbçisinin meyitinin qarşı tərəfə verilməsi ilə bağlı rəsmi məlumat yayıb

Proses insidentsiz keçib

Bakı. 20 aprel. REPORT.AZ/ Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası daha bir Ermənistan hərbçisinin meyitinin qarşı tərəfə verilməsi ilə bağlı rəsmi məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı həlak olmuş və 11 aprel 2016-cı il tarixdə Azərbaycan hərbçilərinin nəzarətində olan ərazidə aparılan axtarış zamanı meyiti tapılmış bir Ermənistan hərbçisinin nəşi aprelin 20-də qarşı tərəfə verilib.

İnsidentsiz keçən proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi