Dövlət Komissiyası: Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb

Dövlət Komissiyası: Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb Bəhruz Cəlilbəylinin meyitinin qaytarılması üçün danışıqlar davam etdirilir
Qarabağ
28 Noyabr , 2017 12:53
Dövlət Komissiyası: Azərbaycan əsgərinin meyiti Ermənistan tərəfindən götürülüb

Bakı. 28 noyabr. REPORT.AZ/ "Hərbi cinayət törətdikdən sonra xidmət yerini özbaşına tərk edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cəlilbəyli Bəhruz Pərviz oğlunun meyiti Ermənistan tərəfindən götürülüb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

Onun sözlərinə görə, hazırda əsgərin meyitinin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı aidiyyəti beynəlxalq qurumlarla danışıqlar aparılır.

Komissiyanın rəsmisi əlavə edib ki, yaxın günlərdə məsələ ilə bağlı ictimaiyyətə açıqlama veriləcək. 

Son xəbərlər

Orphus sistemi