Yuxarı
    Bağlamaq

    Dövlət katibi: Finlandiya ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək verir

    Elmar Məmmədyarov Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb

    Bakı. 9 dekabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT Nazirlər Şurasının 23-cü iclası çərçivəsində Finlandiya Xarici İşlər Nazirliyinin dövlət katibi Peter Stenlund ilə görüşüb.

    Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinə toxunuldu. Peter Stenlund Azərbaycanın müstəqilliyinin 25-ci ildönümü ilə əlaqədar nazir Elmar Məmmədyarova səmimi təbriklərini çatdırdı.

    Peter Stenlund tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə və ATƏT-in Minsk Qrupunun fəaliyyətinə dəstək ifadə olundu.

    Elmar Məmmədyarov münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi haqqında həmsöhbətinə ətraflı məlumat verdi. Münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunmalı olduğunu vurğuladı. O, Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələrdən sonra Ermənistanın müxtəlif təxribatlara əl ataraq münaqişənin həlli üzrə aparılan danışıqları və müzakirə olunan məsələləri pozmağa çalışdığını bildirdi.

    Görüşdə həmçinin iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi