Yuxarı
    Bağlamaq

    Dövlət katibi: "Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yardım etməyə davam edəcək"

    Boris Conson Edvard Nalbandyana məktub göndərib

    Bakı. 21 yanvar. REPORT.AZ/ "Böyük Britaniya ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yönəlmiş bütün səylərinə yardım etməyə davam edəcək".

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər və əməkdaşlıq üzrə dövlət katibi Boris Consonun Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlaqədar göndərdiyi məktubda deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi