Dövlət katibi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək"

Dövlət katibi: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək" Keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyi vurğulanıb
Qarabağ
4 Mart , 2017 09:34
Dövlət katibi: ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək

Bakı. 4 mart. REPORT. AZ/ "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini fəal şəkildə dəstəkləməyə davam edəcək".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon danışığı zamanı deyib.

Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı Tillerson və Nalbandyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə atılan addımlar haqqında fikir mübadiləsi aparıblar. Keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlərdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Son xəbərlər

Orphus sistemi