Yuxarı

​Dövlət Departamenti: Vaşinqton Qarabağ münaqişəsinin Helsinki yekun aktı əsasında həllinə təkid edir

Azərbaycan və Ermənistan sülhə nail olmaq üçün özlərində siyasi iradə tapmalıdır

Bakı. 5 aprel. REPORT.AZ/ Vaşinqton Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri, BMT Nizamnaməsi və ATƏT-in Helsinki yekun aktı əsasında ədalətli həllinə təkid edir.

"Report" TASS-a istinadən xəbər verir ki, Amerika hökumətinin bu mövqeyini ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Mark Toner jurnalistlər üçün keçirilən brifinq zamanı ifadə edib.

"Bu, ilk növbədə güc tətbiq etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmək prinsipləri deməkdir", - deyə o bildirib.

O qeyd edib ki, Vaşinqton Dağlıq Qarabağda münaqişənin aradan qaldırılması üçün öz siyasi iradəsini danışıqlar prosesində vasitəçi olan ATƏT-in Minsk qrupu da daxil olmaqla Bakı və İrəvandan başqa heç kim səfərbər etməməlidir.

Amerikalı diplomat bildirib ki, Azərbaycan və Ermənistan sülhə nail olmaq üçün özlərində siyasi iradə tapmalıdır.

O, bununla əlaqədar olaraq həm Ermənistanı, həm də Azərbaycanı Dağlıq Qarabağda gərginliyi azaltmağa çağırıb. Bundan əlavə, Toner təsdiq edib ki, ABŞ Qarabağ münaqişəsi zonasında baş qaldıran zorakılığı qətiyyətlə pisləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi