Dövlət Departamenti Ermənistan və Azərbaycanı cəbhədə gərginliyi azaltmağa çağırıb

Dövlət Departamenti Ermənistan və Azərbaycanı cəbhədə gərginliyi azaltmağa çağırıb ABŞ cəbhədə vəziyyətin gərginləşməsindən narahatdır
Qarabağ
21 İyun , 2017 22:38

Bakı. 21 iyun. REPORT.AZ/ Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır və tərəfləri gərginliyi azaltmağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin rəsmi bəyanatında bildirilir.

"Birləşmiş Ştatlar ötən həftə təmas xəttində çoxsaylı qurbanlara səbəb olan atəşkəsin pozulması hallarından dərin narahatçılıq hissi keçirir. Biz Ermənistan və Azərbaycanı təmas xətti boyunca gərginliyin azaldılması üzrə tədbirlər görməyə və belə hallardan yayınmağa çağırırıq", - deyə bəyanatda qeyd olunur.

Son xəbərlər

Orphus sistemi