Yuxarı

​Dövlət Departamenti: Ermənistan və Azərbaycan təmkinlilik hissini daha yaxşı şəkildə bərpa etməyə çalışmalıdır

Bu, Con Kerri və Sergey Lavrovun telefon söhbəti zamanı vurğulanıb

Bakı. 3 May. REPORT.AZ/ Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında təmkinlilik hissini daha yaxşı şəkildə bərpa etməyə çalışmalıdır.

"Report" xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən gün telefon söhbəti zamanı vurğulayıb.

"Onlar, həmçinin Dağlıq Qarabağ münaqişəsi barədə danışıblar və tərəflər arasında təmkinlilik hissini daha yaxşı şəkildə bərpa etmək cəhdlərinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar", - deyə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi mayın 2-də keçirilən brifinq zamanı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi