​Dövlət Departamenti: "Azərbaycan və Ermənistan prezidentləri vəziyyətin pisləşdiyini etiraf ediblər"

​Dövlət Departamenti: "Azərbaycan və Ermənistan prezidentləri vəziyyətin pisləşdiyini etiraf ediblər" Con Kirbi: "Bu sammit iki ölkə liderinə mövqelərinə aydınlıq gətirmək imkanı yaradıb"
Qarabağ
22 Dekabr , 2015 03:53
​Dövlət Departamenti: Azərbaycan və Ermənistan prezidentləri vəziyyətin pisləşdiyini etiraf ediblər

Bakı. 22 dekabr. REPORT.AZ/ ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qətiyyətlidir.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu bazar ertəsi ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ötən şənbə İsveçrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında baş tutan görüşü şərh edərkən bildirib.

Kirbi qeyd edib ki, "bu sammit iki ölkə liderinə il ərzində ilk dəfə olaraq təkbətək görüşmək və mövqelərinə aydınlıq gətirmək imkanı yaradıb". Onun sözlərinə görə, "prezidentlər vəziyyətin pisləşdiyini etiraf ediblər".

Kirbi Vaşinqtonun "dinc əhali arasında itkilərin sayının azaldılması üzrə tədbirləri" dəstəklədiyini qeyd edib. Onun sözlərinə görə, Amerikanın nümayəndə heyəti ATƏT-in Minsk qrupunda rus və fransalı həmkarları ilə birgə bütün bu tədbirlərin müzakirəsini davam etdirir.

Dövlət Departamenti nümayəndəsi xüsusilə insanların nəsilbənəsil yan-yana yaşadığı, indi isə yenidən bir-birinə etibar etməli olan Dağlıq Qarabağdakı cəmiyyətlərdə xalq diplomatiyasının mühüm olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi