​Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq aktını qətiyyətlə pisləyir

​Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq aktını qətiyyətlə pisləyir Mark Toner: "Münaqişənin hərbi yolla həlli variantı yoxdur"
Qarabağ
28 Aprel , 2016 03:07
​Dövlət Departamenti: ABŞ Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq aktını qətiyyətlə pisləyir

Bakı. 28 aprel. REPORT.AZ/ Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq aktını qətiyyətlə pisləyir.

"Report" ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu sözləri qurumun rəsmi nümayəndəsi Mark Toner aprelin 27-də keçirilən brifinq zamanı bildirib.

"Biz atəşkəs rejiminin kövrək olduğunu gördük. Əvvəlcə gərginliyin ötəri olduğu düşündük, lakin göründüyü kimi, gərginlik qalmaqdadır. Dövlət katibi Azərbaycan və Ermənistan liderlərinə müraciət ünvanladı. Minsk qrupundakı həmsədrimiz regiona səfər etdi. Biz hər iki ölkənin hökuməti ilə təmasda olduq və davamlı olaraq çağırış etdik ki, Dağlıq Qarabağ münaqişəsi zonasında istənilən zorakılıq aktını ən qətiyyətli ifadələrlə pisləyirik və sülh prosesinin mümkün qədər tez bir zamanda yenidən bərpa olunduğunu görmək istəyirik. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi