Yuxarı

Dmitri Peskov: "Rusiya Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsinə qarşı olan bütün addımları alqışlayır"

Rusiya həmçinin tərəfləri dialoqa qayıtmağa çağırır

Bakı. 12 may. REPORT.AZ/ "Rusiya Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsinə qarşı olan bütün addımları alqışlayır və tərəfləri dialoqa qayıtmağa çağırır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin mümkün görüşünü şərh edərkən deyib.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun bu gün yayılmış birgə bəyanatında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsinin vaxtının çatdığı bildirilib. Belə bir görüş gələn həftə Vyanada keçirilə bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi