Diplomatik xidmət orqanlarının əməkdaşları cəbhə bölgəsinə gediblər

Diplomatik xidmət orqanlarının əməkdaşları cəbhə bölgəsinə gediblər Onlar 9 İyul peşə bayramlarını səngərdə xidmət edən əsgərlərlə keçirəcəklər
Qarabağ
8 İyul , 2018 12:30
Diplomatik xidmət orqanlarının əməkdaşları cəbhə bölgəsinə gediblər
Report

Bərdə. 8 iyul. REPORT.AZ/ 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə XİN-nin 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu səfər həmçinin, Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edib.

Səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa-150 abidəsinə baş çəkiblər. Sonra XİN əməkdaşları Tərtərin Qapanlı kəndində olublar. 2016-cı ilin aprel döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən kəndin mülki sakinləri və onları evləri ağır silahlardan atəşə tutulub. Dövlət başçısının tapşırığı ilə dağıntıya məruz qalmış evlər bərpa və təmir edilərək öz sahiblərinə təhvil verilib. Həmçinin, Qapanlı kəndində yaşayan və 4 ildir ki Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun anasının evini ziyarət ediblər.

Daha sonra XİN əməkdaşları ön xəttə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Müdafiə Nazirliyinin ərazidə yerləşən N saylı hərbi hissəsinə baş çəkib əsgərlərlə birlikdə nahar ediblər.

Son xəbərlər

Orphus sistemi