Yuxarı
    Bağlamaq

    Diplomatik mənbə: "Qondarma DQR-in tanınması ATƏT-in Minsk qrupunun keçirdiyi danışıqlara mənfi təsir edəcək"

    Biz münaqişə tərəflərinin konstruktiv danışıqlara hazırıq olduqlarını nümayiş etdirəcəyinə ümid edirik

    Bakı. 6 may. REPORT.AZ/ Qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin rəsmi Yerevan tərəfindən tanınması Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqların gələcəyinə mənfi təsir göstərəcək.

    "Report" "Kommersant"a istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupuna yaxın olan diplomatik mənbə məlumat verib.

    Mənbənin sözlərinə görə, Ermənistanın separatçı rejimin "müstəqilliyini" tanıması ATƏT-in Minsk qrupunun himayəsi altında aparılan danışıqların gələcəyinə müsbət təsir edə bilməz.

    "Biz münaqişə tərəflərinin Minsk qrupunun hər iki paytaxtla sıx məsləhətləşmələrdən sonra işləyib hazırladığı "yol xəritəsi" məsələsi üzrə konstruktiv danışıqlara hazır olduqlarını nümayiş etdirəcəyinə ümid edirik", - deyə mənbə bildirib.

    O, həmçinin əlavə edib ki, qondarma DQR-in müstəqilliyinin birtərəfli tanınması ilkin razılaşmalara heç uyğun gəlmir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi