DİN və DTX-nın birgə İstintaq Qrupunun üzvü: “Xocalı faciəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir”

DİN və DTX-nın birgə İstintaq Qrupunun üzvü: “Xocalı faciəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir” “Axtarışa verilənlərdən 18 nəfəri 366-cı motoatıcı alayın hərbçiləridir”
Qarabağ
24 Fevral , 2016 11:58
DİN və DTX-nın birgə İstintaq Qrupunun üzvü: “Xocalı faciəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir”

Bakı. 24 fevral. REPORT.AZ/ “Ermənilər əsrlərə ağır işgəncələr tətbiq ediblər. Uşaqlara, qocalara, qadınlara dözülməz işgəncələr veriblər”.

“Report”un xəbərinə görə, bunu “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı humanitar fəlakət beynəlxalq hüquq müstəvisində” mövzusunda keçirilən tədbirdə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə İstintaq Qrupunun üzvü Ələkbər Xəlilov deyib.

Onun sözlərinə görə, Xocalı sakinlərinin ifadələri əsasında məlum olub ki, ermənilər əsir və girovların dərilərini soyub, gözlərini çıxarıblar, diri-diri yandırıblar: “Bu barədə çox danışmaq olar. 5 yaşlı qız uşağına 17 güllə vurublar. Bu işgənclər həmin əsirlərin məhz azərbaycanlı olduğuna görə edilib”.

Ələkbər Xəlilov vurğulayıb ki, hazırda Xocalı soyqırımını törətmələrinə 39 nəfər axtarışa verilib: “Bunlardan 18 nəfəri 366-cı motoatıcı alayın hərbçiləridir. Hazırda istintaq tədbirləri davam etdirilir”.

Son xəbərlər

Orphus sistemi