Yuxarı
    Bağlamaq

    Deputat Aydın Mirzəzadənin Zəhra Quliyevaya həsr etdiyi kitabı çapdan çıxıb

    Kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur

    Bakı. 23 oktyabr. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadənin “Ermənistanın Azərbaycana hərbi təcavüzünün yaşyarımlıq Zəhra Quliyeva faciəsi" adlı kitabı çapdan çıxıb.

    “Report”un xəbərinə görə, kitab bu il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alıxanlı kəndinə məqsədli hücumu nəticəsində qətlə yetirilmiş yaşyarımlıq Zəhra Quliyevaya və onun nənəsi Sahibə Allahverdiyevaya həsr edilib.

    Kitabın məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur.

    Nəşrdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davam etməsi nəticəsində yaranmış ağır vəziyyəti xarakterizə edən faciəvi bir insidentə dünya və Azərbaycan ictimaiyyətinin münasibəti göstərilib.

    Kitabda ancaq rəsmi materiallar əsasında hadisəyə həm Azərbaycan, həm Ermənistan rəsmi hakimiyyət orqanlarının münasibəti, beynəlxalq təşkilatların və xarici ölkə rəsmilərinin reaksiyası verilib. Xaricdəki azərbaycan diaspor təşkilatlarının geniş etiraz aksiyaları barədə də materiallar öz əksini tapıb.

    500 tirajla 11 fəsil, 288 səhifə olan kitabda rəsmi materiallara istinad edilərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistan silahlıq qüvvələrinin münaqişə dövründə uşaqlara qarşı törətdikləri vəhşiliklər barədə də materillar var.

    Kitab yaxın günlərdə Fizuli rayonunun Alıxanlı kəndində Zəhra Quliyevanın valideynlərinə və kənd nümayəndələrinə təqdim ediləcək.

    Qeyd edək ki, kitabda “Report” İnformasiya Agentliyinin və bir sıra yerli və xarici mətbuat orqanlarının materiallarından istifadə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi