Danimarka parlamentinin sədri: "Cənubi Qafqazdakı həlli uzanan münaqişələrə görə narahatıq"

Danimarka parlamentinin sədri: "Cənubi Qafqazdakı həlli uzanan münaqişələrə görə narahatıq" ATƏT PA-nın yeni prezidenti və Danimarka parlamentinin sədri ATƏT-in prioritetlərini müzakirə ediblər
Qarabağ
11 Noyabr , 2017 10:19
Danimarka parlamentinin sədri: Cənubi Qafqazdakı həlli uzanan münaqişələrə görə narahatıq
oscepa

Bakı. 11 noyabr. REPORT.AZ/ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının (PA) yeni prezidenti Giorgi Tsereteli və Danimarka parlamentinin sədri Pia Kyarsqaard ATƏT məkanında həlli uzadılmış münaqişələr məsələsini müzakirə ediblər.

"Report" xəbər verir ki, ATƏT PA-nın sədri kimi ilk ikitərəfli görüşündə G.Tsereteli (Gürcüstan) Danimarka parlamentinin (Folkketeret) sədri Pia Kyarsqaardla görüşərək ATƏT regionundakı problemlər və Danimarkanın PA-ya qatılması məsələlərini nəzərdən keçiriblər.

G.Tsereteli ATƏT PA-nın Beynəlxalq Katibliyinin yerləşdiyi Danimarka parlamentinə Assambleyanın büdcəsinə vəsait ayırdığına görə minnətdarlığını bildirib.

Öz növbəsində, P.Kyarsqaard ATƏT regionunda, o cümlədən Cənubi Qafqazda həlli uzadılmış münaqişələrin olmasından, eləcə də Ukraynadakı vəziyyətə görə narahatlığını ifadə edib və G.Tsereteliyə Assambleyanın rəhbəri kimi münaqişələrin həllinə töhfə vermək missiyasında müvəffəqiyyət diləyib.

G.Tsereteli P.Kyarsqaardı ATƏT PA-nın iclaslarında, o cümlədən hər yaz Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Büronun toplantısında iştirak etməyə dəvət edib.

Görüşdə həmçinin ATƏT PA-nın baş katibi Roberto Montella və onun müavini Qustavo Pallares də iştirak edib.

Son xəbərlər

Orphus sistemi