Danilo Turk: "Avropa təhlükəsizliyinin genişləndirilməsi üçün dondurulmuş münaqişələrin həll edilməsi vacibdir"

Danilo Turk: "Avropa təhlükəsizliyinin genişləndirilməsi üçün dondurulmuş münaqişələrin həll edilməsi vacibdir" "ATƏT ciddi dəyişikliklərə məruz qalmalıdır"
Qarabağ
17 Mart , 2017 15:40
Danilo Turk: Avropa təhlükəsizliyinin genişləndirilməsi üçün dondurulmuş münaqişələrin həll edilməsi vacibdir
Courtesy İmage

Bakı. 17 mart. REPORT.AZ/ "Avropa məkanında dondurulmuş münaqişələrin həlli yalnız regionun bu və ya digər münaqişə olan ölkələri üçün yox, həm də Avropa təhlükəsizliyinin genişləndirilməsi üçün vacibdir".

"Report" xəbər verir ki, bunu Sloveniyanın keçmiş prezidenti Danilo Turk jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının uğurlu üzvü olub. Azərbaycanın beynəlxalq problemlərə, o cümlədən regional düzənə praqmatik yanaşma seçdiyinə inanıram. Avropa təhlükəsizliyi və bu məsələdə əməkdaşlığın ATƏT çərçivəsində fundamental baxış olduğuna inanıram. Bu təşkilat ciddi dəyişikliklərə məruz qalmalıdır. Amma təşkilatda islahatlar aparmaq üçün substantiv tərəqqi əldə etməli və "dondurulmuş" münaqişələrin mümkün həlli lazımdır. Birbaşa Dağlıq Qarabağ münaqişəsini, eləcə də Gürcüstan və Ukraynadakı problemləri nəzərdə tuturam", - keçmiş dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi