İsrail səfiri iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin öldürülməsi xəbərindən dəhşətə gəlib

İsrail səfiri iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin öldürülməsi xəbərindən dəhşətə gəlib İsrailin Azərbaycandakı səfiri Ermənistan tərəfinin təxribatı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib
Qarabağ
5 İyul , 2017 12:53
İsrail səfiri iki yaşlı Zəhra Quliyeva və onun nənəsinin öldürülməsi xəbərindən dəhşətə gəlib
İsrailin Azərbaycandakı səfiri Dan Stav / Report

Bakı. 5 iyul. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfiri Dan Stav ötən gün Füzuli rayonunun Alxanlı kəndinin minaatanlardan atəşə tutulması nəticəsində iki yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın öldürülməsi xəbərinə münasibət bildirib.

İsrailin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, D.Stav baş verənlərdən dəhşətə gəldiyini və dərindən kədərləndiyini vurğulayıb.

Səfir Zəhra və Sahibənin ailəsinə və bütün Azərbaycan xalqına başsağlığı verərək yaralıların tezliklə sağalmasını diləyib.

Qeyd edək ki, iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Son xəbərlər

Orphus sistemi