Yuxarı

​Dağlıq Qarabağda erməni əsgərinin intihara məcbur edildiyi məlum olub

Ermənistan hərbçisinin ölümü ilə bağlı özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb

Bakı. 11 iyun. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisinin ölümü ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

"Report" erməni KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, iyunun 11-də müqavilə əsasında Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpağında 20 yaşlı Edqar Gennadiyeviç Melkonyan ölüb.

İlkin məlumata əsasən, o özünə avtomat silahından atəş açıb. Güllə onun çənəsinə dəyib və nəticədə ölüb.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi