Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağdakı separatçı rejimin keçmiş başçısının adı maliyyə fırıldağında hallanır

    Dinlə

    Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin keçmiş başçısı Arkadi Qukasyanın adı “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyana başlamış cinayət işində hallanır.

    “Report” “Joxovurd” qəzetinə istinadən xəbər verir ki, Arkadi Qukasyanın adı maliyyə vəsaitinin səmərəsiz xərclənməsi fraqmentində çəkilir.

    Bildirilib ki, separatçıların keçmiş başçısı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə çağırılacaq. 

    Qeyd edək ki, “Hayastan” Ümumerməni Fondunun direktoru Ara Vardanyan ictimai təşkilatda səlahiyyət həddini aşaraq külli miqdarda maliyyə vəsaitini mənimsəməkdə şübhəli bilinərək həbs edilib.

    O, son bir həftədə fondun bank hesabından qumarxanaya “onlayn” 29 min dollar (14 milyon dram) köçürüb. 2016-2018-ci illərdə isə bu rəqəm 250 min dollardan çox olub. Hazırda fondda yoxlama aparılır.

    Qeyd edək ki, bu fond hər il Ermənistan və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki ermənilərə yardım adı altında müxtəlif xeyriyyə tədbirləri keçirir. ABŞ, Avropa dövlətlərindən bu fondun hesabına milyonlarla dollar və avro köçürülür. Ermənistan prezidenti Fondun Hamilər Şurasının başçısıdır. Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan da fonda rəhbərlik edib. “Hayastan”ın ABŞ-ın qərb sahilləri yerli təşkilatının direktoru Sarqis Kotancanyan fondun hesabına toplanan vəsaitin təyinatı üzrə xərclənmədiyini etiraf edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi