Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağdakı erməni separatçıları özlərinə yeni başçı "seçməyə" hazırlaşır

    Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir seçkinin nəticələrini tanımır

    Bakı. 1 iyul. REPORT.AZ/ Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejim özünə yeni rəhbər "seçməyə" hazırlaşır.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, işğalçı rejimin başçısının mətbuat katibi David Babayan deyib ki, iyulun sonuncu on günlüyündə qondarma rejiminin "parlament"i yeni "prezident" seçəcək.

    Onun sözlərinə görə, yeni başçı 2020-ci ilə qədər olan keçid dövrü ərzində separatçı rejimə başçılıq edəcək, ondan sonra isə qondarma rejiminin "yeni konstitusiyası"na görə separatçılar yeni rəhbər və "parlament" seçəcək.

    Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı və Ermənistanın işğalı altında olan digər əraziləri Azərbaycanın ayrılmaz tərkib hissəsi sayır və orada keçirilən heç bir "seçki"nin nəticələrini tanımır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi