Dağlıq Qarabağda yaralanan Ermənistan əsgəri Moskvada müalicə olunacaq

Dağlıq Qarabağda yaralanan Ermənistan əsgəri Moskvada müalicə olunacaq Avetis Zarqaryan yanvarın 26-da müalicə məqsədilə Rusiya paytaxtına yola salınacaq
Qarabağ
25 Yanvar , 2017 09:34
Dağlıq Qarabağda yaralanan Ermənistan əsgəri Moskvada müalicə olunacaq

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaralanan Ermənistan silahlı qüvvələrinin əsgəri Avetis Zarqaryan Rusiya paytaxtı Moskvadakı xəstəxanalardan birində müalicə olunacaq.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu əsgərin anası Sonya Zarqaryan bildirib.

Anası deyib ki, A.Zarqaryan yanvarın 26-da müalicə məqsədilə Rusiya paytaxtına yola salınacaq.

Məlumata görə, 1998-ci ildə doğulan A.Zarqaryan ötən il Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarında gedən 4 günlük döyüşlərdə yaralanıb. 

Son xəbərlər

Orphus sistemi