Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağda xidməti şəraitdən narazı olan erməni hərbçisinə işgəncə verilib

    O, şəraitdən narazı olduğu üçün orduda xidmət etməsi ilə bağlı imzaladığı müqaviləni pozmaq istəyib və bunu komandirlərinə bildirib

    Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Edqar Akopyan döyülüb.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, dözülməz xidməti şəraitdən narazı olduğu üçün orduda xidmət etməsi ilə bağlı imzaladığı müqaviləni pozmaq istəyib və bunu komandirlərinə bildirib. Bu zaman Dağlıq Qarabağdakı erməni separatçılarının silahlıları onu döyüb, təhqir ediblər.

    E.Akopyan jurnalistlərə açıqlamasında deyib ki, çoxsaylı şikayətlərinə məhəl qoyan olmayıb: “Böyrəyimdə xəstəliklə bağlı problem olduğu üçün dəfələrlə komandirlərə müraciət etmişəm. Onlar mənim bununla bağlı ərizəmi cıraraq, məni məcburi olaraq, döyüş xəttinə xidmətə göndərməyə cəhd edib, məhkəmə ilə hədləyiblər”.

    Jurnalist Süzan Simonyan hadisə ilə bağlı yazıb ki, E.Akopyan hərbi xidmət yerini qanunsuz olaraq, tərk edib, sonra geri qayıdıb: “Amma o, komandirləri və polis tərəfindən dəfələrlə işgəncəyə, fiziki zoralığa məruz qalıb. Edqar Akopyan hərbi dəstədən qaçaraq, Yerevana şikayətə gedəndə onu köhnə tarixlə, 2018-ci il yanvarın 17-də ordu sıralarından tərxis ediblərmiş”.

    Ermənistanın “Jurnalistlər İnsan Haqları Uğurunda” hüquq müdafiə təşkilatı E.Akopyanın döyülməsi və ordudakı digər cinayətlərlə bağlı Ermənistan Baş Prokurorluğuna şikayət edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi