Yuxarı

Qondarma ​"Dağlıq Qarabağ Respublikası"nın tanınması məsələsi yenidən Ermənistan hökumətinin gündəliyinə salınıb

Layihəni deputatlar Zaruhi Postanjyan və Qrant Baqratyan hazırlayıb

Bakı. 3 may. REPORT.AZ/ Ermənistan hökuməti mayın 5-də keçiriləcək iclasının gündəliyinə qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasını nəzərdə tutan "Ermənistan və DQR-in təhlükəsizlik təminatının hərbi-siyasi prinsipləri haqqında" qanun layihəsini daxil edilib.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Sənəd ilkin olaraq Ermənistan hökumətində artıq müzakirə olunub. Həmin iclasda Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan məruzə ilə çıxış edib.

Məlumata görə, bu "layihəni" deputatlar Zaruhi Postanjyan və Qrant Baqratyan hazırlayıb.

Qeyd edək ki, bu məsələ 2009-cu ilin oktyabr və 2014-cü ilin sentyabr aylarında ölkə parlamentinin müzakirəsinə çıxarılmışdı. Ancaq hər iki müzakirədən sonra sənədin qəbulu təxirə salınmışdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi