Yuxarı
    Bağlamaq

    Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi Rusiyanın regional xarici siyasət prioritetlərinə daxil edilib

    Vladimir Putin Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasını təsdiqləyib

    Bakı. 1 dekabr. REPORT.AZ/ "Rusiya post-sovet məkanında münaqişələrin siyasi və diplomatik həllinin fəal tərəfdarı kimi çıxış edir".

    "Report"un verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiq edilmiş Rusiya Federasiyasının yeni xarici siyasət konsepsiyasında deyilir.

    Sənəddə bildirilir ki, Rusiya mövcud çoxtərəfli danışıqlar mexanizmi çərçivəsində 2009-2013-cü illərdə Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatında göstərilən prinsiplər əsasında və ATƏT-in Minsk qrupunun həmsədr ölkələri ilə əməkdaşlıq edərək Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına çalışır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi