İran prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli bölgənin xeyrinə olacaq"

İran prezidenti: "Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli bölgənin xeyrinə olacaq" Həsən Ruhani Yerevanda verdiyi açıqlamada iddia edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil
Qarabağ
21 Dekabr , 2016 13:53
İran prezidenti: Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli bölgənin xeyrinə olacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”.

 “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.

O iddia edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil.

“Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. ”,- deyə o, vurğulayıb.

H.Ruhani işğala məruz qalanla işğalçı arasında fərq qoymadan deyib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.

Qeyd edək ki, dekabrın 21-də İslam Respublikasının prezidetni Ermənistana rəsmi səfər edib. 

Son xəbərlər

Orphus sistemi