Bakı. 21 dekabr. REPORT.AZ/ "Biz Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini görmək istərdik. Bu bölgənin xeyirinə olacaq”.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yerevanda səfərdə olan İran İslam Respublikasının prezidenti Həsən Ruhani bildirib.
O iddia edib ki, münaqişənin hərbi yolla həlli mümkün deyil.
“Biz inanırıq ki, bölgədə sülh və sabitliyin şahidi olacağıq. ”,- deyə o, vurğulayıb.
H.Ruhani işğala məruz qalanla işğalçı arasında fərq qoymadan deyib ki, Azərbaycan və Ermənistan İran üçün dost dövlətlərdir.
Qeyd edək ki, dekabrın 21-də İslam Respublikasının prezidetni Ermənistana rəsmi səfər edib.