Yuxarı
    Bağlamaq

    NATO baş katibi: "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

    O, Ermənistan və Azərbaycanı münaqişənin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb

    Bakı. 27 fevral. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur". 

    "Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ermənistan prezidenti Serj Sarqsyanla keçirdiyi görüşdən sonra bildirib. 

    O, Ermənistan və Azərbaycanı münaqişənin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb. 

    "Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Hərbi həll yolu yoxdur. Biz Ermənistan və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırırıq", - deyə Y.Stoltenberq vurğulayıb. 

    NATO baş katibi qeyd edib ki, rəhbərlik etdiyi qurum ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına dair səylərini tamamilə dəstəkləyir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi