Azərbaycan XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz”

Azərbaycan XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz” “Bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasəti davam etdiriləcək”
Qarabağ
27 Dekabr , 2016 16:10
Azərbaycan XİN başçısı: “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz”

Bakı. 27 dekabr. REPORT.AZ/ “Münaqişənin həlli prosesində hər hansı təsisat inhisarçı rola iddia edə bilməz”.

“Report”un məlumatına görə, bunu AZƏRTAC-a müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

O qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticələri aradan qaldırılana, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunana qədər bütün müvafiq beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsi məsələsinin gündəmə gətirilməsi siyasəti davam etdiriləcək.

XİN başçısı deyib ki, Azərbaycan üzv olduğu bütün müvafiq beynəlxalq təşkilatların tribunalarından istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır: "BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM ərazisində həlli uzadılmış münaqişələr kimi gündəlik maddələri saxlanılır. Bu əsasda Azərbaycan BMT Baş Assambleyasının tribunasından istifadə edərək münaqişənin müxtəlif aspektlərini gündəmə gətirir və müzakirələrə çıxarır. BMT sistemi ilə bərabər, digər beynəlxalq təşkilatlarla da fəal iş aparılır”.

E.Məmmədyarov vurğulayıb ki, il ərzində beynəlxalq təşkilatlar çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilən qərar və qətnamələr Azərbaycanın ədalətli mövqeyini və münaqişənin həllinin siyasi-hüquqi əsaslarını daha da gücləndirir: "BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və digər beynəlxalq təşkilatlar çərçivəsində qəbul olunmuş bu kimi çoxsaylı qərar, qətnamə və bəyanatlar münaqişənin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyətin qəti iradəsinin ifadəsidir".

Son xəbərlər

Orphus sistemi