Yuxarı

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bizim üçün prioritet məsələdir

Aİ münaqişə tərəflərini ATƏT-in dəstəyi ilə aparılan dialoq prosesini davam etdirməyə çağırır

Bakı. 19 yanvar. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı (Aİ) üçün prioritet məsələdir". "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu fikir ötən gün Brüsseldə keçirilən Aİ-Ermənistan Əməkdaşlıq Şurasının iclasının yekununda qəbul edilən bəyanatda öz əksini tapıb.

"Aİ bir daha təsdiq edir ki, Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanması qəbuledilməzdir. Münaqişənin həlli prosesi isə Aİ-nin prioritetleri arasındadır", - deyə sənəddə qeyd olunur.

Şura Azərbaycan-Ermənistan sərhədində, həmçinin qoşunların təmas xətti boyunca təhlükəsizliyin təmin edilməsi məsələsinin "narahatlıq doğurduğunu" bildirir.

Aİ münaqişə tərəflərini ATƏT-in dəstəyi ilə aparılan dialoq prosesini davam etdirməyə çağırır.

Bununla yanaşı, bir daha qeyd olunur ki, Aİ ölkələri bölgədə sülh quruculuğu prosesinə dəstək verməyə hazırdır, "sülh müqaviləsi imzalandıqdan sonra isə münaqişədən zərər çəkən rayonların bərpasına da köməklik edəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi